Mamuka Baxtadze - 2018-ci ildə Gürcüstana edilən beynəlxalq səfərlərin sayı 8 679 544 təşkil etdi və bu yeni rekorddur
“2018-ci ildə Gürcüstana edilən beynəlxalq səfərlərin sayı 8 679 544 təşkil etdi və bu ölkəmizin turizm tarixində rekorddur. Ölkəmizin miqyası üçün bu həqiqətən unikal bir müvəffəqiyyətdir – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze verdi.
Onun dediyinə görə, ilk növbədə, bu deməkdir ki, Gürcüstan haqqında bilgi və ona qarşı maraq gündən gündə artır.
“Hərkəs əmin olur ki, bizim mədəniyyətimiz ümumi Avropa mədəniyyətinin hissəsidir. Bu çox yaxşı bir tendensiyadır və onu daha da böyütməliyik. 2018-ci ildə turizm sektorundan əldə edilən gəlir 3 milyard dollardan artıqdır. Turizm sektoru həmçinin, ona görə önəmlidir ki, ona ölkənin bütün regionları fəal şəkildə qoşula bilirlər” – dedi baş nazir.
2018-ci ildə Gürcüstana 8 679 544 beynəlxalq səfər edilib. 2017-ci il ilə müqayisədə artım +9.8%-dir.
Turist səfərlərinin sayı 4 756 820 təşkil etdi və bu da 687,466-ilə 2017-ci ilin göstəricilərindən çoxdur. (artım +16.9%-dir)
2018-ci ildə müsbət tendensiya Avropa ölkələrindən var idi.
Bunların arasında seçilən ölkələr: Estoniya +80%, Slovakiya +62%, Rumıniya +59%, Niderlandlar +56%, Almaniya +50%, Latviya +50%, Çexiya +44%, Polşa +37%, Fransa +36%, Birləşmiş Krallıq +31%, İtaliya +30% və sairə.
Xüsusi artım növbəti ölkələrdən qeyd olunur: Koreya respublikası +112%, Çin +75%, Belarusiya +43%, İsrail 36%, Quveyit +34%, Qazaxstan +25% və ABŞ +25%.