Mamuka Baxtadze - Rusiya tərəfindən 2008-ci ilin avqustun 12-də atəşkəs haqqında imzalanan razılaşmanın yerinə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasının şərtidir
Rusiya tərəfindən 2008-ci ilin avqustun 12-də atəşkəs haqqında imzalanan razılaşmanın yerinə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasının şərtidir, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Moldovalı həmkarı Pavel Fili ilə görüşdən sonra bəyan etdi.
Baş nazir qeyd etdi ki, birgə maraqlardan başqa, Gürcüstan və Moldova eyni çaöırışların qarşısında dururlar. Hər iki ölkəyə suverenliyinə və ərazi bütövlüyünə güclü və birmənalı dəstək lazımdır.
Moldovalı həmkarım ilə görüş zamanı Rusiyanın Gürcüstan ərazisində atdığı qeyri-qanuni və provokasiyalı addımlarını müzakirə etdik. Biz həmçinin, mövcud olan humanitar fəlakətin aradan qaldırılması üçün, Gürcüstan iqtidarının sülh təşəbüsləri haqqında da danışdıq.
Rusiya tərəfindən 2008-ci ilin avqustun 12-də atəşkəs haqqında imzalanan razılaşmanın yerinə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasının şərtidir” – dedi baş nazir.