Maliyyə Nazirliyinin tələbi əsasında, büdcə vəsaitlərinin israfı işi üzrə məhkəmə Mixeil Saakaşvili və Teimuraz Canaşianın üzərinə büdcəyə 9 milyon lariyə qədər məbləğin ödənilməsi öhdəliyini qoyub
Maliyyə Nazirliyinin tələbi əsasında, büdcə vəsaitlərinin israfı işi üzrə məhkəmə Mixeil Saakaşvili və Teimuraz Canaşianın üzərinə büdcəyə 9 milyon lariyə qədər məbləğin ödənilməsi öhdəliyini qoyub

 

Tbilisi Şəhər Məhkəməsi büdcə vəsaitlərinin israfı işi üzrə Maliyyə Nazirliyinin tələbini təmin edib və Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teimuraz Canaşianın üzərinə büdcəyə 9 milyon lariyə qədər məbləğin ödənilməsi öhdəliyini qoyub.

Qərarı hakim Aleksandre Qzirişvili qəbul edib.

Xatırladaq ki, cari ilin martın 12-də Mixeil Saakaşvili barəsində külli miqdarda büdcə vəsaitini israf etmək işi üzrə 9 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılıb. Məhkəmə həmçinin eyni iş üzrə təqsirləndirilən Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Temur Canaşianı təqsirli bilib, lakin Canaşianın ittihamı tövsif edilib və o, vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə təqsirli bilinib və ona 300 min lari miqdarında cərimə kəsilib.