Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə ƏDV ödəyicilərinə 2.7 milyard lari geri qaytarılıb
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə ƏDV ödəyicilərinə ƏDV üzrə artıq ödənilmiş vergi şəklində, avtomatik olaraq 2.7 milyard lari geri qaytarılıb.
Məlumat üçün bildirək ki, ƏDV ödəyiciləri üçün ƏDV üzrə artıq ödənilmiş verginin tam avtomatik rejimdə geri qaytarılması sistemi 2020-ci ildən qüvvədədir.
Geri qaytarma sistemi konkret ay ərzində təqdim edilmiş bəyannamələr əsasında, mövcud ƏDV üzrə artıq ödənilmiş verginin avtomatik olaraq ödəyicinin bank hesabına qaytarılmasını nəzərdə tutur.