Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Kvemo Kartli və Kaxeti regional bölmələrinin əməkdaşları ilə işgüzar görüşlər keçirib
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Kvemo Kartli və Kaxeti regional bölmələrinin əməkdaşları ilə işgüzar görüşlər keçirib

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Levan Xarabadze İstintaq Departamentinin Kvemo Kartli və Kaxeti regional bölmələrinin rəhbər şəxsləri və əməkdaşları ilə işgüzar görüşlər keçirib.

İşgüzar görüşlərdə həmçinin İstintaq Xidmətinin rəis müavinləri və İstintaq Departamentinin digər rəhbər şəxsləri iştirak edirdilər.

Xidmətin rəisi regional bölmələrin fəaliyyət ərazilərində maliyyə-iqtisadi sahədə törədilən cinayətlərə qarşı mübarizə, cinayət statistikası və cari profilaktik tədbirlər haqda ətraflı məlumat dinləyib.

Levan Xarabadze qurumun prioritet sahələrinə diqqət yetirib və əməkdaşlara səmərəli fəaliyyətə görə təşəkkür edib.

İstintaq Xidmətinin rəisi rəhbər şəxslərlə birlikdə istintaq bölmələri üçün lazım olan bütün zəruri müasir infrastrukturla təchiz olunmuş Kaxeti Bölməsinin yeni açılmış ofisini ziyarət edib.

Bundan başqa, Kvemo Kartli Bölməsinin yeni ofisinin tikintisi üçün ayrılmış əraziyə də baxış keçirib.

Levan Xarabadze bölmələrin mövcud infrastrukturu, maddi-texniki bazası və əməkdaşların iş mühitinin yaxşılaşdırılması ilə bağlı ehtiyaclarla yerindəcə tanış olub.

Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.