Maliyyə Nazirliyinin İstintaq Xidməti səhiyyə nazirinin sabiq müavini İlia Ğuduşaurini saxlayıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti səhiyyə nazirinin sabiq müavini İlia Ğuduşaurini saxlayıb.
Bu haqda Ğuduşaurinin vəkili Dimitri Mcedlişvili məlumat verib. O, Ğuduşaurinin hazırda istintaq təcridxanasında saxlanıldığını bildirib.
Vəkilin məlumatına əsasən, səhiyyə nazirinin sabiq müavininin nədə ittiham olunduğu hələlik bilinmir. Hüquq müdafiəçisi işin materiallarının ona verilmədiyini və İlia Ğuduşaurinin hansı ittihamla saxlanıldığını bilmədiyini deyib.
İlia Ğuduşauri Zurab Azaraşvilinin nazir olduğu dövrdə səhiyyə nazirinin müavini vəzifəsini tuturdu.