Maliyyə Nazirliyinin İstintaq Xidməti xüsusilə külli miqdarda malların qanunsuz idxalı faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində xüsusilə külli miqdarda malların gömrük qaydalarını pozmaqla ölkəyə gətirilməsi faktı üzrə bir nəfər saxlanılıb.
‘İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs “Kazbeqi” gömrük-keçid məntəqəsi vasitəsilə, idarə etdiyi avtomobildə xüsusi hazırlanmış gizli yerdən istifadə etməklə, gömrük nəzarətindən gizli şəkildə ümumi dəyəri 150 271.71 lari olan 665.71 qram zərgərlik məmulatlarını ölkəyə keçirib.
Aparılmış istintaq hərəkətləri nəticəsində qeyd olunan zərgərlik məmulatları, həmçinin təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil maddi sübut kimi götürülüb.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır ki, bu da cəza olaraq 5 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur’, – Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunur.