Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta “Jack Daniel’s” istehsalı faktı üzrə iki nəfəri saxlayıb

13:37, 22.07.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta “Jack Daniel’s” istehsalı faktı üzrə iki nəfəri saxlayıb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əmtəə nişanından qanunsuz istifadə faktı üzrə qrup halında fəaliyyət göstərən iki şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz gəlir əldə etmək məqsədilə “Jack Daniel’s” əmtəə nişanı ilə külli miqdarda saxta alkoqollu içki hazırlayıb və saxlanılan şəxslərdən birinin anbarında gizlədiblər.

Keçirilən axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ümumi dəyəri 22 400 lari olan 300 şüşə saxta içki aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü hissəsinin “q” bəndi ilə aparılır. Həmin maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar