Maliyyə Nazirliyinin İstintaq Xidməti aksizsiz siqaretin saxlanması-satışı faktı üzrə bir nəfəri saxlayıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti aksizsiz siqaretin saxlanması-satışı faktı üzrə bir nəfəri saxlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aksiz markası ilə markalanmalı olan xüsusilə külli miqdarda malın aksiz markası olmadan saxlanması və daşınması faktı üzrə bir nəfəri saxlayıblar.

Həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində ümumi dəyəri 750 000 laridən çox olan “Marlboro”, “PARLIAMENT”, “SOBRANIE” və “Winston” markalı ümumilikdə 93 000 paket aksizsiz siqaret müsadirə edilib.

İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin üçüncü hissəsi ilə aparılır, bu isə cəza olaraq 6 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq Xidməti cinayət sxeminə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi və onlara qarşı hüquqi reaksiyanı təmin etmək məqsədilə intensiv işi davam etdirir.