Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə Mamuka Barataşvili, İstintaq Xidmətinə isə Merab Qamğrelidze rəhbərlik edəcək

18:10, 14.09.2026

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri vəzifəsinə Mamuka Barataşvili, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri vəzifəsinə isə Merab Qamğrelidze təyin olunub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze xidmətlərin yeni təyin olunmuş rəhbərləri ilə maliyyə naziri Laşa Xutsişvili ilə birlikdə görüşüb.

Hökumət rəhbəri onları vəzifələrə təyin olunmaları münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Mamuka Barataşvili Maliyyə Nazirliyi sistemində çoxillik iş təcrübəsinə malikdir. O cümlədən, 2020–2021-ci illərdə publik hüquqi şəxs Gəlirlər Xidmətinin rəhbərinin birinci müavini olub, 2011–2020-ci illərdə Maliyyə Nazirliyinin Vergi və Gömrük Siyasəti Departamentinə rəhbərlik edib, müxtəlif dövrlərdə həmçinin Gəlirlər Xidmətinin Mübahisələr Departamentinin rəhbəri, Hüquq Departamentinin rəhbəri vəzifələrində çalışıb.

Merab Qamğrelidze bu vaxta qədər Gəlirlər Xidmətinin Hüquq Departamentinin rəisi vəzifəsini tuturdu. Onun İstintaq Xidmətində çoxillik iş təcrübəsi var. Müxtəlif illərdə İstintaq Departamentinin rəis müavini, İstintaq Departamentinin Acara və Quria İdarəsinin rəisi, İstintaq Departamentinin Tbilisi Baş İdarəsinin rəis müavini olub, eləcə də Samxarauli adına Məhkəmə Ekspertizası Bürosunun rəis müavini, Gürcüstan Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəis müavini vəzifələrində çalışıb.

Oxşar