Maliyyə Nazirliyi - Əgər Vasil Sopromadzenin ittihamları təsdiqlənməsə, hüquqi yollara müraciət edərək, onun üzr istəməsini tələb edəcəyik
Əgər Maliyyə Nazirliyində Daxili Audit Departamentinin tədqiqatı nəticəsində MMC “Fresko Şoppinq Sentrin” təsisçisi Vasil Sopromadze tərəfindən nazirliyin əməkdaşlarına qarşı irəli sürülən ittihamlar təsdiqlənməsə, nazirlik hüquqi yollara müraciət edərək, Sopromadze tərəfindən nüfuzuna xələl gətirildiyi üçün üzr tələb edəcək, – deyilir Nazirliyin bəyanatında.
Nazirlik MMC “Fresko Şoppinq Sentrin” təsisçisi Vasil Sopromadze tərəfindən sosiyal şəbəkə vasitəsi ilə yayılan bəyanatına səslənir və bəyan edir ki, 2018-ci ilin fevralın 20-də Maliyyə Nazirliyinin gəlirlər xidmətinin audit departamenti MMC “Fresko Şoppinq Sentrin” vergi fəaliyyətinin yoxlanışını qanuna müvafiq şəkildə həyata keçirdi.
Nazirliyin dediyinə görə, yoxlanışdan sonra tərtib olunan aktla vergi ödəyicisi razılaşmadı və hal-hazırda bu məsələyi Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Mübahisəli məsələlər Şurası müzakirə edir.
“Fresko Şoppinq Sentrin” təsisçisi Vasil Sopromadze sosiyal şəbəkəəd bğyanat yaydı və qeyd etdi ki, Maliyyə Nazirliyinin əməkdaşları onun mağazalarından məhsul oğurlayırlar və silah “gəzdirirlər”.
Həmçinin, Sopromadze bəyan etdi ki, bir ildir Maliyyə Nazirliyinin bütün qanuni reqlamentləri pozduğuna görə, və bir qərar verə bilmədiyinə görə, “havada qalıb”.