Maliyyə naziri vəzifəsinə Davit Amağlobelinin namizədliyi müzakirə olunacaq
Davit Amağlobeli son doqquz ildir ki, Amerika Birləşmiş Ştatlarında işləyir. O, Beynəlxaq Valyuta Fondunda baş iqsitadiyyatçı vəzifəsindədir.
Davit Amağlobeli 2007-ci ilin noyabr ayından 2009-cu ilin fevral ayı daxil olmaqla Gürcüstan Milli Bankının prezident vəzifəsində fəaliyyət göstərirdi.
Davit Amağlobeli 1976-cı ildə anadan olub. 1998-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin beynəlxalq iqtisadiyyat əlaqələri üzrə iqtisadiyyat fakultəsini , 2001-ci ildə isə Oreqon Dövlət Universitetinin iqtisadiyyat fakultəsini bitirib. O, iqtisadiyyat elmi maqistridir.
Davit Amağlobeli 1998-ci ildə o, Grcüstan Parlamentində iqtisadi siyasət və islahatlar komitəsində baş mütəxəssis vəzifəsinə təyin olundu. 1999-2001-ci illərdə ABŞ-da təhsil ilə paralel olaraq, o, Oreqon Dövlət Universitetində professorun assistenti olaraq işləyirdi.
2001-ci ildən Davit Amağlobeli, iş karyerasına Gürcüstanda davam etdi və Gürcüstanın Vergi Gəlirləri Nazirliyində idarə rəhbəri vəzifəsində işə başladı. 2002-2003-cü illərdə o, kazıblığın azaldılması və iqtisadi inkişaf proqramının monetar və fiskal məsələləri üzrə alt komissiyada milli mütəxəssis olaraq fəaliyyət göstərirdi.