Maliyyə naziri vəzifəsinə Davit Amağlobelinin namizədliyi müzakirə olunacaq
Hökümət strukturundakı dəyişikliklərdən sonra, maliyyə naziri vəzifəsinə Davit Amağlobelinin namizədliyi müzakirə olunacaq. Bu haqda Birinci Kanala məlum oldu.
Davit Amağlobeli son doqquz ildir ki, Amerika Birləşmiş Ştatlarında işləyir. O, Beynəlxaq Valyuta Fondunda baş iqsitadiyyatçı vəzifəsindədir.
Davit Amağlobeli 2007-ci ilin noyabr ayından 2009-cu ilin fevral ayı daxil olmaqla Gürcüstan Milli Bankının prezident vəzifəsində fəaliyyət göstərirdi.
Davit Amağlobeli 1976-cı ildə anadan olub. 1998-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin beynəlxalq iqtisadiyyat əlaqələri üzrə iqtisadiyyat fakultəsini , 2001-ci ildə isə Oreqon Dövlət Universitetinin iqtisadiyyat fakultəsini bitirib. O, iqtisadiyyat elmi maqistridir.
Davit Amağlobeli 1998-ci ildə o, Grcüstan Parlamentində iqtisadi siyasət və islahatlar komitəsində baş mütəxəssis vəzifəsinə təyin olundu. 1999-2001-ci illərdə ABŞ-da təhsil ilə paralel olaraq, o, Oreqon Dövlət Universitetində professorun assistenti olaraq işləyirdi.
2001-ci ildən Davit Amağlobeli, iş karyerasına Gürcüstanda davam etdi və Gürcüstanın Vergi Gəlirləri Nazirliyində idarə rəhbəri vəzifəsində işə başladı. 2002-2003-cü illərdə o, kazıblığın azaldılması və iqtisadi inkişaf proqramının monetar və fiskal məsələləri üzrə alt komissiyada milli mütəxəssis olaraq fəaliyyət göstərirdi.