Maliyyə naziri Qətər Dövlətinin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Qətər Dövlətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Əli Yusif Əbdürrəhman Əl-Mulla ilə görüşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, tanışlıq xarakterli görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.
Qətər Dövlətinin səfiri Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) illik toplantısına ev sahibliyi edən ölkənin adından maliyyə nazirinə tədbirdə iştirak etmək üçün rəsmi dəvət təqdim edib.
Görüşdə maliyyə, ticarət və digər sahələrdə tərəflər arasında əməkdaşlığın daha da intensivləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.
Görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze də iştirak edib