Maliyyə naziri müavinləri olaraq Ekaterine Qunsadze və Mirza Qelaşvili təyin olundular

16:38, 10.09.2021

Gürcüstan Maliyyə naziri, Laşa Xutsişvilinin təqdimatı ilə, baş nazir İrakli Ğaribaşvilinin cari ilin 9 sentyabr əmri ilə, Maliyyə Nazirliyinin hazırkı əməkdaşları, Ekaterine Qunsadze və Mirza Qelaşvili naziri müavinləri olaraq təyin olundular.

Ekaterine maliyyə idarəsi mütəxəssisidir. 2008-ci ildə Maliyyə Nazirliyində işləyir. 2015-ci ildə büdcə departamentinin rəhbəri idi.

Mirza Qelaşvili ixtisasca iqtisadçıdır. 2015-ci ilin dekabrından Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyir. Bu vaxta qədər mikro-iqtisadi analiz və maliyyə siyasətinin planlaşdırlması departamentinə rəhbərlik edirdi.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar