Maliyyə naziri müavini olaraq Mamuka Barataşvili tyin edildi

13:33, 16.08.2021

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin əmri ilə, Maliyyə naziri müavini vəzifəsini Gəlirlər Xidmətinin birinci müavini, Mamuka Barataşvili tutdu, – bu barədə məlumatı Maliyyə Nazirliyi yayır.

“Mamuka Barataşvili 1999-cu ildə Maliyyə Nazirliyi sisteminin müxtəlif vəzifələrində işləyir. 2011-2020-ci illərdə Maliyyə Nazirliyinin Vergilır və Gömrük Siyasəti Departamentinin rəhbəri, 2020-ci ilin fevralından Gəlirlər Xidmətinin birinci müavini idi”, – Nazirliyin yaydığı məlumatda deyilir.

Oxşar