Maliyyə naziri Laşa Xutsişvili Vyanada ictimai maliyyə idarəçiliyi sahəsində praktikantların qarşılıqlı əməkdaşlıq şəbəkəsinin birgə görüşündə çıxış edib
Maliyyə naziri Laşa Xutsişvili Vyanada ictimai maliyyə idarəçiliyi sahəsində praktikantların qarşılıqlı əməkdaşlıq şəbəkəsinin birgə görüşündə çıxış edib

 

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ictimai maliyyə idarəçiliyi sahəsində praktikantların qarşılıqlı əməkdaşlıq şəbəkəsinin (PEMPAL) „müasir qlobal çağırışlar fonunda ictimai maliyyə idarəçiliyinin gələcək perspektivləri – innovativ həllər” mövzusunda birgə görüşünə qatılıb.

Görüş Dünya Bankının, PEMPAL-ın yeni proqramının mövcud və potensial donorlarının, ev sahibliyi edən Avstriya Maliyyə Nazirliyinin, dəvət edilmiş ekspertlərin və dünyanın 30 ölkəsinin, o cümlədən PEMPAL-ın 21 üzv ölkəsindən 200-ə yaxın nümayəndənin iştirakı ilə bu il Avstriyada Vyana şəhərində keçirildi.

Panel müzakirəsində Gürcüstanın maliyyə naziri ilə yanaşı, Moldova və Şimali Makedoniyanın maliyyə nazirləri, eləcə də Qırğızıstan, Rumıniya, Bosniya və Hersoqovina, Tacikistan və Serbiyanın maliyyə nazirlərinin müavinləri iştirak etdilər.

Panelin əsas müzakirə mövzuları ictimai maliyyə idarəçiliyinin müasir çağırışları və bu çağırışlara cavab olaraq PEMPAL şəbəkəsi çərçivəsində gələcək qarşılıqlı əməkdaşlıq imkanları idi.

“Maliyyə naziri, Gürcüstanın ictimai maliyyə idarəçiliyi islahatının tətbiqi istiqamətindəki mövcud nailiyyətlərə diqqət çəkdi, bu da bir çox beynəlxalq qiymətləndirmələr və reytinqlərlə təsdiq olunur. O, rəqəmsal texnologiyaların ictimai maliyyə idarəçiliyi sahəsində rolu da daxil olmaqla, müasir çağırışlar haqqında, eləcə də PEMPAL şəbəkəsinin qlobal çağırışlara cavab mexanizmlərinin tətbiqindəki əhəmiyyəti haqda danışdı” – Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

PEMPAL şəbəkəsi üç tematik istiqamətdə əməkdaşlıq edir: büdcə tərtibatı, xəzinə və daxili audit və daxili nəzarət. Bu istiqamətlər üzrə yaradılan təşkilati və tematik komitələr çərçivəsində Gürcüstanın Maliyyə Nazirliyinin Büdcə Departamenti, Daxili Nəzarət Departamenti və Xəzinə Xidmətinin nümayəndələri təmsil olunurlar.