Maldiv Respublikası İsrail pasportu olan şəxslərin ölkəyə girişinə qadağa qoyub

14:58, 16.04.2025

 

Maldiv Respublikası İsrail pasportu olan şəxslərin ölkəyə girişinə rəsmən qadağa qoyub. Yayılmış məlumata əsasən, qanun artıq ratifikasiya olunub və qadağa dərhal qüvvəyə minəcək.

Maldiv hökumətindən bəyan edirlər ki, sözügedən qadağa onların “İsrail tərəfindən Fələstin xalqına qarşı törədilmiş soyqırım və vəhşiliklərə cavab olaraq qəti mövqeyini” əks etdirir.

Həmçinin, Maldiv Prezident Administrasiyası “müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına” dəstək ifadə edən bəyanat yayıb.

Oxşar