Makron, Tusk və Mertsin bəyanatı - Gürcüstan hakimiyyəti müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir, ölkənin Avropa trayektoriyası ilə bağlı imkanları gürcü xalqının əlindən almamalıdır
Makron, Tusk və Mertsin bəyanatı - Gürcüstan hakimiyyəti müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir, ölkənin Avropa trayektoriyası ilə bağlı imkanları gürcü xalqının əlindən almamalıdır

 

Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniyanın kansleri Fridrix Merts Gürcüstanın Müstəqillik Günü ilə bağlı bəyanat dərc edirlər.

Bəyanatda deyildiyi kimi, gürcü xalqının demokratik və avropalı istəklərini dəstəkləyirlər.

“Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar olaraq, Polşa Respublikasının Baş naziri cənab Donald Tusk və Almaniya Federativ Respublikasının kansleri cənab Fridrix Merts ilə birlikdə gürcü xalqına dostluq və həmrəylik mesajı göndərmək və bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə olan sarsılmaz dəstəyimizi təkrarlamaq istəyirik. Gürcü xalqının demokratik və avropalı istəklərini dəstəkləyirik. Bu istəklər Avropa ailəsinə üzvlük arzusunu əks etdirir. Müvafiq olaraq biz, Gürcüstan hakimiyyətinin demokratik geriləməyə səbəb olan bütün hərəkətlərini, eləcə də vətəndaş cəmiyyəti, media və hökumətin opponetlərinə qarşı olan bütün hücumları pisləyirik. İfadə və toplaşma azadlığı qorunmalıdır. Həddindən artıq zorakılıq halları araşdırılmalıdır. Avropa normalarına zidd olan qanunlar dəyişdirilməli, zəruri islahatlar prosesi bərpa edilməlidir. Gürcüstan hakimiyyəti müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir. Ölkənin Avropa trayektoriyası ilə bağlı imkanları gürcü xalqının əlindən almamalıdır” – bəyanatda deyilir.