Maka Botchorishvili Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət nazirini ilə görüşüb
2026-ci il 30 aprel tarixində Gürcüstanın vitse-premyeri və xarici işlər naziri Maka Botchorishvili Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Saeed bin Mubarak Al Hajeri ilə görüş keçirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında mövcud dostluq münasibətləri və müxtəlif sahələrdə sıx əməkdaşlıq müzakirə olunub.
Tərəflər yüksək səviyyəli səfərlərin həyata keçirilməsində müşahidə olunan müsbət dinamikanı vurğulayıblar. Həmçinin Gürcüstanda həyata keçirilən və planlaşdırılan investisiya layihələrinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı Yaxın Şərq regionunda gedən proseslər və Cənubi Qafqaz kontekstində Gürcüstanla tərəfdaşlıq məsələləri də müzakirə edilib.
Sonda tərəflər mövcud əməkdaşlığın daha da aktivləşdirilməsinə hazır olduqlarını ifadə ediblər.