Maka Bocorişvili - Yunanıstan tərəfindən sürücülük vəsiqələrinin tanınması ilə bağlı qərar Gürcüstan vətəndaşları üçün vacibdir, onlar Yunanıstanın sürücülük vəsiqəsini asanlıqla almaq imkanı qazanacaqlar
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Yunanıstan Parlamenti tərəfindən Gürcüstanın sürücülük vəsiqələrinin tanınması ilə bağlı qərara münasibət bildirib və bunu həm iki ölkə arasındakı münasibətlər kontekstində, həm də bu qərarın Yunanıstanda yaşayan Gürcüstan vətəndaşları üçün verdiyi praqmatik nöqteyi-nəzərdən müsbət qiymətləndirib.
Maka Bocorişvilinin qeyd etdiyi kimi, iki ölkə arasında əməkdaşlıqda müsbət gündəm vacibdir və Yunanıstan Parlamentinin bu qərarı Gürcüstan və Yunanıstan arasında münasibətlərdə aktual məsələləri bir daha göstərir.
“Yunanıstan Parlamenti tərəfindən sürücülük vəsiqələrinin tanınması ilə bağlı qərarın qəbulu, əlbəttə, ilk növbədə, Yunanıstanda olan və bu ölkədə işləyən Gürcüstan vətəndaşları üçün çox vacibdir. Onlar heç bir imtahan olmadan, sürücülük vəsiqələrini dəyişmək imkanı qazanacaqlar və bu, Yunanıstanda belə bir maraqları varsa, onların məşğulluğunu müəyyən dərəcədə asanlaşdıracaq. Əlbətdə, iki ölkə arasındakı münasibətlər üçün müxtəlif məsələlərlə bağlı pozitiv qərarların qəbul edilməsi mühüm əhəmiyyət daşıyır” – Bocorişvili qeyd edib.
2025-ci ilin aprelin 8-də Yunanıstan Parlamenti “Gürcüstan və Yunanıstan Respublikası arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi barədə” razılaşmanı səs çoxluğu ilə təsdiq edib.