Maka Bocorişvili Yaponiyanın Gürcüstandakı səfiri ilə görüşüb
Maka Bocorişvili Yaponiyanın Gürcüstandakı səfiri ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Yaponiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri İşizuka Hideki ilə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər ikitərəfli münasibətlər və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinin geniş spektrini müzakirə ediblər.

Onların məlumatına əsasən, söhbət zamanı Gürcüstan və Yaponiya əməkdaşlığının müsbət dinamikası məmnunluqla qeyd olunub, xüsusi diqqət əməkdaşlığın dərinləşdirilməsi imkanlarına və siyasi, ticarət-iqtisadi, turizm, mədəniyyət və xalqlararası münasibətlər sahələrində gələcək perspektivlərə yönəldilib.

“Həmçinin, görüşdə regionda gedən proseslər və çağırışlar müzakirə edilib. Səfir bir daha təsdiq edib ki, Yaponiya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Görüşün sonunda tərəflər Gürcüstan-Yaponiya uğurlu əməkdaşlığının gələcəkdə davam etdirilməsi üçün fəal işləməyə hazır olduqlarını bildiriblər” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.