Maka Bocorişvili - Vizasız rejimi dayandırmaqla Gürcüstan vətəndaşlarını təhdid edirlər, Avropa İttifaqında heç kimin oxşar yanaşmanı bölüşməyəcəyinə və əhalinin hər hansı şəkildə cəzalandırılmayacağına əminəm
Vizasız rejimi dayandırmaqla əslində Gürcüstan vətəndaşlarını təhdid edirlər. Gürcüstan vətəndaşlarını onlara qarşı müəyyən tədbirlər görə biləcəkləri ilə qorxudurlar, bu da müəyyən mənada Avropa İttifaqının siyasətinin alətləşdirilməsidir. Demək olar ki, 100 faiz əminəm ki, Avropa İttifaqında heç kim oxşar yanaşmanı bölüşməyəcək və Gürcüstan əhalisinin hər hansı formada cəzalandırılacağı şəkildə baş verməyəcək – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.
Bocorişvilinin qeyd etdiyi kimi, dekabrın 16-da Avropa İttifaqına üzv ölkələr arasında Gürcüstanla bağlı müzakirələr olacaq. Onun izahatına əsasən, qərarların ikitərəfli münasibətlərə ziyan vuracaq formada olacağına dair gözləntisi yoxdur.
“Dekabrın 16-dakı müzakirələri gözləyək. Biz bilirik və görürük ki, bəzi üzv dövlətlər açıq şəkildə kifayət qədər aqressiv mövqelərə malikdirlər və Gürcüstana münasibətdə hətta bunu dilə gətirirlər, lakin onu da bilirik ki, Avropa İttifaqına üzv ölkələrin böyük hissəsi bu mövqeləri bölüşmür. Odur ki, hadisələrin önünə keçməyək. Avropa İttifaqına üzv ölkələr arasındakı müzakirələri, Brüsseldən eşidəcəyimiz və onun çərçivəsində Brüssellə işləmək məcburiyyətində qalacağımız mesajları gözləyək. Avropa İttifaqına üzv ölkələr arasında fərqli düşünən ölkələr var və Avropa İttifaqında elə üzv ölkələr var ki, onlar Gürcüstan hakimiyyətinə münasibətdə daha çox tənqidi mövqe tuturlar. Hərçənd, Avropa İttifaqında 27 ölkə var və məsələn, məsələ sanksiyalar və ya digər cəza tədbirləri ilə bağlı olanda qərarlar yekdilliklə qəbul edilir” – Maka Bocorişvili “Günün xronikası”na söhbətində deyib.