Maka Bocorişvili və Mamuka Mdinaradze İrakli Çikovani ilə birlikdə, Gürcüstanın vitse-baş naziri vəzifəsini tutacaqlar
Maka Bocorişvili və Mamuka Mdinaradze müdafiə naziri İrakli Çikovani ilə birlikdə, Gürcüstanın vitse-baş naziri vəzifəsini tutacaqlar.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə brifinqdə deyib.
“Gürcüstanın xarici işlər naziri Maka Bocorişviliyə Gürcüstanın vitse-baş naziri vəzifəsi həvalə olunacaq və müvafiq olaraq hökumətin tərkibində üç vitse-baş nazir olacaq” – İrakli Kobaxidze bildirib.
Bununla yanaşı, Gürcüstan hökumətinin strukturuna Mamuka Mdinaradzenin rəhbərlik edəcəyi hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində isə Qeka Qeladze Mamuka Mdinaradzeni əvəz edib.