Maka Boçorişvili və İrakli Çikovani Fransalı senatorlarla görüşdülər
Maka Boçorişvili və İrakli Çikovani Fransalı senatorlarla görüşdülər

Avropa ilə İnteqrasiya Komitəsinin sədri, Maka Boçorişvili və Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin rəhbəri, İrakli Çikovani Fransa Respublikasının Senatında Avropa məsələləri üzrə Komitənin üzvləri ilə görüşdülər. İclasa Senatın Avropa məsələləri üzrə komitəsinin sədri, Jan-Fransua Rapin sədrlik edirdi.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, gürcü deputatlar Fransalı senatorlara Gürcüstan-Avropa İttifaqı münasibətləri və ölkənin işğal olunmuş bölgələrindəki vəziyyət barədə məlumat verdilər.

Maka Boçorişvili Gürcüstanın prioritetləri, Avropa İttifaqı ilə əlaqələrin dinamikası, bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından Avropa İttifaqının genişlənməsinin rolu barədə danışdı. İclasda Gürcüstan-Avropa İttifaqı münasibətləri və inteqrasiya yolunda əldə olunan irəliləyişlər müzakirə edildi.

İrakli Çikovani Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə diqqət çəkdi.

Görüş zamanı bölgədəki təhlükəsizlik çağırışlarına və Avropa İttifaqına inteqrasiya prosesinin əhəmiyyətinə xüsusi diqqət yetirildi.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.