Maka Bocorişvili Vaşinqtonda Marko Rubionun təşkil etdiyi nazirlər toplantısında iştirak edəcək
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun dəvəti ilə “Siyasi terrorizmin yenidən aktivləşməsi haqqında” nazirlər toplantısında iştirak edəcək.
Qeyd olunan məlumatı Birinci Kanala Gürcüstanın Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.
Marko Rubio Vaşinqtonda 60-dan çox ölkənin nümayəndə heyətinə ev sahibliyi edəcək.
Nazirlər toplantısı cümə axşamı keçiriləcək.