Maka Bocorişvili - UNESCO-nun Baş Assambleyası çərçivəsində mədəni irsin əhəmiyyəti, eləcə də təhsil istiqamətində əməkdaşlığımız haqqında danışmaq imkanımız olacaq
Maka Bocorişvili - UNESCO-nun Baş Assambleyası çərçivəsində mədəni irsin əhəmiyyəti, eləcə də təhsil istiqamətində əməkdaşlığımız haqqında danışmaq imkanımız olacaq

 

Bu gün Səmərqənddə UNESCO-nun Baş Assambleyası başladı, sabah siyasi debatlar keçiriləcək və siyasi sebatlar çərçivəsində də UNESCO ilə Gürcüstanın əməkdaşlığı, Gürcüstanın mədəni irsinin dünya üçün əhəmiyyəti və həmçinin təhsil istiqamətində əməkdaşlığımız haqqında danışmaq imkanımız olacaq – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.

O deyib ki, bu görüş mədəni irs və təhsil ilə bağlı məsələlərin bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşməsi üçün yaxşı imkandır.

“Təhsil sistemimizin müasir tələblərə daha yaxşı uyğunlaşdırılması üçün həyata keçirilməsi lazım olan elan edilmiş islahata diqqət yetirmək istəyirik” – nazir qeyd edib.