Maka Bocorişvili Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizəd Hans Kluqe ilə görüşüb
Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizəd Hans Kluqe ilə görüşüb.
Görüşdə tərəflər Gürcüstan və Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığı müzakirə ediblər. Diqqət Gürcüstanda səhiyyə sahəsində həyata keçirilən islahatlara yönəlib.
Hans Kluqe öz namizədliyini və təşkilatın fəaliyyətinin gələcək baxışını nazirə təqdim edib.
Maka Bocorişvili Gürcüstanın Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.