Maka Bocorişvili Türkiyə-Gürcüstan Parlamentlərarası Qrupunun sədri Faruk Çelik ilə görüşüb
Maka Bocorişvili Türkiyə-Gürcüstan Parlamentlərarası Qrupunun sədri Faruk Çelik ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Türkiyə Respublikası Böyük Millət Məclisinin Türkiyə-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Faruk Çelik və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Gürcüstan və Türkiyə Respublikası arasında mövcud möhkəm strateji tərəfdaşlıq və sıx əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. İki ölkənin parlament əməkdaşlığı və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində parlament ölçüsünün mühüm roluna toxunulub. Yüksək səviyyəli səfərlərin mübadiləsinin müsbət dinamikası qeyd edilib.

Regionda cari proseslərdən danışılarkən, Gürcüstan və Türkiyənin regionda sabitliyin və sülhün təşviqi sahəsində rolu vurğulanıb.

Həmçinin, tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq və Orta Dəhlizin inkişafı kontekstində iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadənin zəruriliyini müzakirə ediblər.

Məlumatı Xarici İşlər Nazirliyi yayır.