Maka Bocorişvili - Tərəfdaşlarımızın Gürcüstan haqqında düzgün məlumata malik olması və beynəlxalq münasibətləri milli maraqlar əsasında aparmağımız bizim üçün mühümdür
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Lüksemburqda Avropa Şurası ministerialı çərçivəsində Macarıstan, Lixtenşteyn və Serbiyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Bocorişvilinin qeyd etdiyi kimi, tərəfdaşlarla onların Gürcüstan haqqında düzgün məlumata malik olması üçün sıx münasibətlər vacibdir.
“Oxşar formatlar hər zaman həmkar nazirlərlə ikitərəfli görüşlərimin olması üçün yaxşı imkan yaradır və əlbətdə, bu halda da bu fürsətdən istifadə etdim. Həmkarlarımla bir sıra görüşlər keçirdim. Avropa İttifaqına üzv dövlətlər, tərəfdaşlarımız və Avropa Şurasının üzvləri arasında sıx tərəfdaşlıq münasibətlərimizin olması və Gürcüstan haqqında düzgün fikir və məlumata malik olmaları və beynəlxalq münasibətlərimizi məhz milli maraqlarımız əsasında aparmağımız üçün maksimal şəkildə çalışmaq bizim üçün mühümdür” – Maka Bocorişvili qeyd edib.