Maka Bocorişvili Tacikistanın xarici işlər naziri ilə görüşüb

18:17, 19.06.2026

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Tacikistan Respublikasına səfər çərçivəsində Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında nazirlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdikləri deyilir. Onların məlumatına əsasən, tərəfdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaradan Gürcüstandan ali səviyyədə reallaşan ilk rəsmi səfərin əhəmiyyəti xüsusi vurğulanıb.

“Bu kontekstdə, Gürcüstan və Tacikistan arasında ali və yüksək səviyyəli dialoqun qorunub saxlanmasının vacibliyi qeyd olunub. “Orta Dəhliz”in inkişafının əhəmiyyətinə və regional əməkdaşlıq istiqamətində səylərin gücləndirilməsinə xüsusi diqqət yetirilib” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar