Maka Bocorişvili Slovakiya Respublikasının səfiri Matuş Buşovski ilə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Slovakiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Matuş Buşovski ilə görüşüb.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, tərəflər iki ölkə arasında sıx əməkdaşlığı və ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, görüşdə Gürcüstan-Slovakiya münasibətlərinin dinamikasına, o cümlədən yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və siyasi dialoqun əhəmiyyətinə diqqət yetirilib.
Nazirliyin məlumatına əsasən, sahə əməkdaşlığı və ticarət-iqtisadi əlaqələrdə mövcud nailiyyətlərə toxunulub.
Bununla yanaşı, Gürcüstanın Avropaya inteqrasiyası vurğulanıb. Slovakiya tərəfi Gürcüstana qəti dəstəyini bir daha təsdiqləyib və bu baxımdan Gürcüstana dəstəyini yenə də davam etdirdiyini qeyd edib.