Maka Bocorişvili - Seçəcəyi hakimiyyətə sahib olması gürcü xalqının suveren hüququdur, bu, Litva Prezidentinin qərar verəcəyi məsələ deyil
Maka Bocorişvili - Seçəcəyi hakimiyyətə sahib olması gürcü xalqının suveren hüququdur, bu, Litva Prezidentinin qərar verəcəyi məsələ deyil

 

Seçəcəyi hakimiyyətə sahib olması gürcü xalqının suveren hüququdur, bu, Litva Prezidentinin qərar verəcəyi məsələ deyil – bu haqda Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili bildirib.

Litva Prezidenti Qitanas Nausedanın “Gürcüstanda kritik əhəmiyyətə malik seçkilər keçiriləcək, ölkə mövcud status-kvonu əgər qoruyub saxlasa, Avropaya inteqrasiya yolunda irəliləmək şansının olacağını düşünmürəm” bəyanatına Bocorişvili münasibət bildirib.

“Başqa ölkənin liderlərinin hakimiyyətdə kimin olması ilə bağlı bu qədər şərhlər verməsi anormal vəziyyətdir. İndilərdə Litvada seçkilər oldu və Litva hökumətini bəyənib-bəyənmədəyimizə və bu hakimiyyətin yaxşı hakimiyyət olduğunu düşünüb-düşünmədəyimizə baxmayaraq, Litvanı kimin idarə etməli olduğuna dair nəsə bir bəyanat verməyimizlə bağlı bir gürcü siyasətçinin bəyanatını mənə göstərin. Biz bunu özümüzə yaraşdırmamışıq və yaraşdırmırıq, çünki bu, beynəlxalq norma və prinsiplərin pozulmasıdır. Yaxşı olar ki, başqaları da beynəlxalq norma və prinsiplərə hörmət etsinlər. Seçəcəyi hakimiyyətə sahib olması gürcü xalqının suveren hüququdur, bu, Litva Prezidentinin qərar verəcəyi məsələ deyil” – Maka Bocorişvili bildirib.