Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Qətər Dövlətinin Gürcüstandakı səfiri Həsən bin Əhməd Əl-Mütava ilə görüşüb. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyinin əsas aspektlərini, o cümlədən iqtisadi əlaqələrin müsbət dinamikasını və onların dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, Gürcüstan üçün Körfəz ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı gücləndirmək vacibdir.
Bundan əlavə, görüşdə Gürcüstan üçün turizmin inkişafının vacibliyi də müzakirə edilib və bu baxımdan Qətər dövlətinin cəlbedici bazarı təmsil etdiyi bildirilib. Bundan əlavə, tərəflər “Qatar Airways”in Gürcüstanda uğurlu fəaliyyət göstərdiyini, bunun iqtisadi və insanlar arasında əlaqələrin dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.