Maka Bocorişvili Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

14:47, 31.12.2025

 

Cari ilin dekabrın 30-da Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Qazaxıstan Respublikasının xarici işlər naziri Ermek Koşerbayev ilə telefon danışığı aparıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazirlər 2025-ci il ərzində ikitərəfli münasibətlərin dinamikasını müsbət qiymətləndiriblər.

“Söhbət zamanı ticarət-iqtisadi və tranzit-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə diqqət yönəldilib.

Həmçinin, tərəflər iki ölkə arasında siyasi dialoqun sonrakı inkişafına kömək edən yüksək səviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətini qeyd ediblər və gələcək planları müzakirə ediblər” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar