Maka Bocorişvili Piter Siiartonun dəvəti ilə Macarıstanın “Səfirlər Konfransı”nda iştirak edəcək
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bu gün Macarıstana səfər edəcək.
Xarici İşlər Nazirliyi Maka Bocorişvilinin Macarıstanın xarici işlər və ticarət naziri Piter Siiarto ilə görüş keçirəcəyi haqda məlumat verir. Həmçinin, Piter Siiartonun dəvəti ilə o, həmkarı ilə panel müzakirəsinə qatılacağı Macarıstanın “Səfirlər Konfransı”nda iştirak edəcək.
Səfər çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbəri Macarıstan Diplomatik Akademiyasında açıq mühazirə oxuyacaq və gənc diplomatlara Gürcüstanın xarici siyasətinin prioritetləri haqqında danışacaq.
Həmkarı ilə görüş çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin mətbuata bəyanatlarla çıxış etmələri planlaşdırılır.