Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında nazirlikdə keçirilən görüşdə Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin mühüm aspektlərinə toxunulduğu deyilir.
“Gürcüstan hakimiyyəti üçün Avropa İttifaqına inteqrasiya məsələsinin əhəmiyyəti və Avropa İttifaqı ilə bu istiqamətdə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin zəruriliyi vurğulanıb.
Bir daha qeyd edib ki, Gürcüstan Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiqdir və ölkəni Avropa İttifaqına üzvlüyə hazırlamaq üçün işləməyə hazırdır.
Son vaxtlarda münasibətlərdə yaranmış çətinliklərin həll edilməsinin və cari proseslərin obyektiv qiymətləndirilməsinin zəruriliyi vurğulanıb.
Öz növbəsində, Avropa İttifaqının səfiri Gürcüstandakı cari hadisələrdən narahatlığını dilə gətirib.
Gürcü tərəfi seçkilərlə əlaqəli siyasi spekulyasiyaların davam etməsindən və Avropa Parlamentinin qətnaməsi ilə səslənən mesajların ölkədə 2020-ci ilə bənzər süni böhranın yaradılmasına töhfə verməsindən narahatlığını dilə gətirib” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Onlar tərəfindən verilmiş məlumatda tərəflər arasında mühüm məsələlər üzrə dialoqun zəruriliyinin vurğulandığı deyilir.