Maka Boçorişvili Norveç Krallığının Gürcüstanda yeni təyin olunmuş səfiri ilə tanışlıq görüşü keçirib
Gürcüstanın vitse-prezidenti, xarici işlər naziri Maka Boçorişvili Gürcüstanda Norveç Krallığının yeni təyin olunmuş səfiri Lise Sinove Nurgord ilə tanışlıq görüşü keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini və gələcək perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa da toxunulub.
Tərəflər regionda gedən proseslər və təhlükəsizlik çağırışları, Gürcüstanın regiondakı rolu və beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri barədə danışıblar.
Tərəfdaşlarla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və dialoqun əhəmiyyəti vurğulanıb.
Gürcüstanın xarici işlər naziri Norveç səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.