Maka Boçorişvili: Münhendə ATƏT Parlament Assambleyasının prezidenti ilə danışdım, ATƏT-in baş katibi ilə də görüşəcəyəm
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Parlament Assambleyasının prezidenti ilə danışmaq imkanı əldə etdiyini bildirib. Prezident yaxın gələcəkdə Gürcüstana səfər etməyi planlaşdırır.
Boçorişvili qeyd edib ki, konfrans çərçivəsində həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərini davam etdirəcək.
“Mən həmkarlarımla görüşlər keçirdim və bir sıra həmkarlarla danışmaq imkanım oldu. Şüvətsariya Xarici İşlər Naziri ilə görüşüm də oldu. Bilirsiniz ki, Şüvətsariya ATƏT-in sədr ölkəsidir. Biz Gürcüstanda və regionda mövcud vəziyyət barədə danışdıq. Əlbəttə, ATƏT-in gündəliyində Gürcüstanın təhlükəsizlik çağırışları kontekstində yer alması bizim üçün önəmlidir.
Təhlükəsizlik konfransı çərçivəsində Orta Dəhliz məsələləri müzakirə olundu. Mən Azərbaycan Xarici İşlər Naziri ilə birlikdə iştirak etdim. Bu, çox vacib platformadır, çünki Avropanın təhlükəsizlik məsələlərinin kontekstində Orta Dəhlizin inkişafı və Gürcüstanın bu prosesdə rolu, Avropa təhlükəsizliyinin qorunmasına verdiyi töhfə müzakirə olunur.
Görüşlər həmkarlarımla və beynəlxalq təşkilatların nümayəndələri ilə davam edəcək. Həmçinin, ATƏT-in baş katibi ilə də görüşmək imkanım olacaq. Bu formatdan maksimum istifadə edərək, həmkarlarımla Gürcüstanla bağlı müzakirələr aparıram,” – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.