Maka Boçorişvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirəsində iştirak edib
Maka Boçorişvili Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirəsində iştirak edib

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili panel müzakirəsində iştirak edib – “Avrasiyanın strateji düzəninin müəyyənləşdirilməsi: Orta Dəhliz sabitlik, sülh, təhlükəsizlik və əlaqələndirilmişlik üçün Avropanın təhlükəsizlik gündəliyi kimi”.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Orta Dəhlizin inkişafı kontekstində Gürcüstanın roluna diqqət yetirib və əlaqələndirilmişliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Orta Dəhliz” yalnız nəqliyyat marşrutu deyil, həm də təhlükəsiz, sürətli və səmərəli iqtisadi körpü kimi nəzərdən keçirilir.

Eyni zamanda, Gürcüstanın strateji coğrafi mövqeyi və açıq iqtisadi siyasəti qeyd olunub ki, bu da ölkəni Avropa ilə Asiyanı birləşdirən alternativsiz qovşağa çevirir.

Müzakirədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso iştirak ediblər. Panelin moderatoru Beynəlxalq Münasibətlər Akademiyasının (NRW) direktoru doktor Meysun Zeyn Al Din olub”, – deyə qurumun məlumatında bildirilir.