Maka Bocorişvili - "Milli Hərəkat"ın bütün hərəkətləri onun antidemokratik partiya olduğunun təsdiqidir, gürcü xalqının nə düşündüyü onlar üçün heç vaxt vacib olmayıb
“Milli Hərəkat”ın bütün hərəkət və bəyanatları onun Gürcüstanın maraqlarından çox uzaq olan, eləcə də xarici müdaxiləni dəstəkləyən antidemokratik partiya olduğunun təsdiqidir – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili deyib.
Bocorişviliyə “Milli Hərəkat”ın üzvü Levan Sanikidzenin “İvanişvili hakimiyyətinin devrilməsinin 70 faizi ölkə xaricində, qalan 30 faizi isə daxildən həll ediləcək. Dalğanın hazırlıq tələb edən öz məntiqi anı var. Sabah 200 min insanın çıxacağına dair hissim yoxdur. İvanişvilinin əsas qorxusu xaricdədir. Bu halda “Milli Hərəkət”ın xarici komandasından daha çox heç kim iş görmür” bəyanatı ilə bağlı sual veriblər.
Bocorişvilinin qiymətləndirməsinə əsasən, gürcü xalqının nə düşündüyü onlar üçün heç vaxt vacib olmayıb.
“Bu, onların seçki strategiyalarının həyata keçirilməsində dəfələrlə özünü göstərib, parlament seçkiləri zamanı onlar Gürcüstanda deyil, ölkə xaricində, başqa şəhərlərdə kampaniya aparırlar. Bu, gürcü xalqının nə düşündüyü, nə qərar verdiyinin onlar üçün heç vaxt vacib olmadığının sübutu idi. Onların maraqları tamamilə başqa yerdədir” – Maka Bocorişvili bildirib.