Maka Bocorişvili Milli Demokratiya İnstitutunun nümayəndəsi ilə görüşüb
Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili seçkiöncəsi mühiti müşahidə etmək məqsədilə Gürcüstanda olan Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutunun (NDI) gender və inklüzivlik məsələləri üzrə analitiki Elionor Benua ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı Gürcüstanda mövcud siyasi mühitə, qadınların siyasətdə rolu, onların siyasi proseslərdə təmsilçiliyi və mövcud çağırışlara toxunulub.
Avropaya İnteqrasiya Komitəsinin sədri seçkiöncəsi siyasi proseslərə, eləcə də cari seçki kampaniyasına nəzər salıb. Seçki prosesini müşahidə edənlərin obyektivliyinin əhəmiyyəti vurğulanıb.