Maka Bocorişvili Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək
Cari ilin oktyabrın 23-də Batumidə Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstana Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Raşid Meredov, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdi, Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev, Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muxridini və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtior Saidov səfər edəcəklər.
Tədbir çərçivəsində həmçinin vitse-baş nazir, xarici işlər naziri Maka Bocorişvilinin həmkar nazirlərlə ikitərəfli görüşləri planlaşdırılır.