Maka Bocorişvili Marko Rubionu Amerika Birləşmiş Ştatlarının dövlət katibi təyin olunması münasibətilə təbrik edir – İnanıram ki, Gürcüstan-Amerika Birləşmiş Ştatları münasibətlərində ən yaxşısı hələ qarşıdadır
Maka Bocorişvili Marko Rubionu Amerika Birləşmiş Ştatlarının dövlət katibi təyin olunması münasibətilə təbrik edir. Bu haqda Bocorişvili X sosial şəbəkəsində yazır.
“Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş dövlət katibi Marko Rubionu ürəkdən təbrik edirəm. Ölkələrimiz arasında əməkdaşlığın inkişafını və əlaqələrin güclənməsini səbirsizliklə gözləyirəm. Dərindən inanıram ki, Gürcüstan-Amerika Birləşmiş Ştatları münasibətlərində ən yaxşısı hələ qarşıdadır!” – Maka Bocorişvili yazır.
Marko Rubionu dünən rəsmi olaraq dövlət katibi vəzifəsinə təsdiqləyiblər. Senat qərarı yekdilliklə, 99 səslə qəbul edib.