Maka Bocorişvili Macarıstanda səfərdədir
Maka Bocorişvili Macarıstanda səfərdədir

 
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Macarıstanda səfərdədir. Gürcüstanın Macarıstandakı səfiri Tamar Liluaşvilinin dediyi kimi, Bocorişvili Macarıstan tərəfinin dəvəti ilə ölkəyə gəlib.

Onun verdiyi məlumata əsasən, səfər çərçivəsində Bocorişvilinin Macarıstanın xarici işlər naziri Piter Siiarto, eləcə də Macarıstanın Avropa İttifaqı işləri naziri ilə görüşü planlaşdırılıb.

“Macarıstan tərəfinin dəvəti ilə Avropa İttifaqının prezidentliyi çərçivəsində Budapeştə rəsmi səfər edilib. Səfər çərçivəsində nazirin xarici işlər naziri, eləcə də Avropa işləri naziri ilə görüşləri olacaq və görüşdə Gürcüstanın dəyişməz Avroatlantik kursu bir daha qeyd olunacaq. Bildiyiniz kimi, Macarıstan tərəfi hər zaman Gürcüstanın tərəfdarıdır, eləcə də Avroatlantik yolda Gürcüstanın dəstəkçisidir. Macarıstanın Gürcüstana dəstəyini bir daha ifadə edəcəyi barədə gözlənti var. Bizim tərəfimizdən hər zaman prioritetimiz olan ismarıclar – Avro-Atlantik inteqrasiya və Gürcüstanın tutduğu dəyişməz kurs bir daha səslənəcək” – Tamar Liluaşvili bildirib.