Maka Bocorişvili - Macarıstan Gürcüstan hökumətinin bütün üzvlərinə ev sahibliyi edəcək, bu, iki ölkə arasında siyasi əlaqələri möhkəmləndirmək üçün mühüm görüşdür
Maka Bocorişvili - Macarıstan Gürcüstan hökumətinin bütün üzvlərinə ev sahibliyi edəcək, bu, iki ölkə arasında siyasi əlaqələri möhkəmləndirmək üçün mühüm görüşdür

 

Macarıstan Gürcüstan hökumətinin bütün üzvlərinə ev sahibliyi edəcək, bu, iki ölkə arasında siyasi əlaqələri möhkəmləndirmək üçün mühüm görüşdür və tərəfdaşımızla bütün istiqamətlərdə dialoqumuzun olması üçün ən yaxşı imkandır – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili jurnalistlərlə söhbətində deyib.

Xarici işlər naziri bildirib ki, iki ölkə arasında hökumətlərarası sammitin ilk görüşü Gürcüstanda keçirilib.

“Macarıstanda Gürcüstan və Macarıstanın növbəti hökumətlərarası sammiti keçiriləcək. Bu, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələri möhkəmləndirmək üçün çox mühüm görüşdür və əlbəttə, tərəfdaşımızla bütün sektorlarda, bütün istiqamətlərdə dialoqumuzun olması, bu dialoq çərçivəsində əməkdaşlığımızı gücləndirmək və hər iki ölkə üçün gələcəkdə münasibətlərimizin daha da dərinləşməsinə kömək edəcək maraqlı layihələr həyata keçirmək üçün ən yaxşı imkandır” – Maka Bocorişvili bildirib.