Maka Bocorişvili Lixtenşteynin vitse-baş naziri ilə görüşüb
Maka Bocorişvili Lixtenşteynin vitse-baş naziri ilə görüşüb

 

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Bocorişvili Lüksemburqda davam edən Avropa Şurası ministerialı çərçivəsində Lixtenşteyn Knyazlığının vitse-baş naziri, xarici işlər, ətraf mühitin mühafizəsi və mədəniyyət naziri Zabine Monauni ilə görüşüb.

Nazirlər görüşdə ikitərəfli dostluq münasibətlərini və iki ölkə arasında çoxtərəfli formatlarda, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Nazirlər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala diqqət çəkiblər.

Həmçinin, tərəflər dünyada və regionda mövcud təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Gürcüstanın xarici işlər naziri Lixtenşteynin vitse-baş nazirinə işğal olunmuş ərazilərdə mövcud vəziyyət barədə məlumat verib və Avropa Şurası çərçivəsində Gürcüstanın işğalı məsələsinin yüksək səviyyəli gündəmdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.

Maka Bocorişvili həmkarını onun üçün əlverişli vaxtda Gürcüstana dəvət edib.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.