Maka Bocorişvili – Kanadanın xarici işlər naziri ilə görüşdə ölkələrimiz arasındakı münasibətlər, qlobal vəziyyəti necə görməyimiz və harada əməkdaşlıq edə biləcəyimiz haqda danışdıq

20:01, 29.09.2026

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvilinin bəyanatına əsasən, kanadalı həmkarı Anita Anand ilə görüşdə iki ölkə arasındakı münasibətlərə, ümumi çağırışlara və əməkdaşlıq məsələlərinə toxunulub.

“İlk növbədə, Kanadadayıq və bu fürsəti əldən verməməli idik. Ölkələrimiz arasında ikitərəfli yüksək səviyyəli səfərlərin mübadiləsi tez-tez baş vermir, müvafiq olaraq, yaxşı imkan idi. Xarici işlər naziri ilə görüşüm oldu. Ölkələrimiz arasındakı münasibətlər, ümumi çağırışlar, ümumi baxışlar, qlobal vəziyyəti necə görməyimiz və harada əməkdaşlıq edə biləcəyimiz haqda danışdıq.

Biz beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in üzvüyük. Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrliyə öz namizədliyini təqdim edib. Bu baxımdan, əlbəttə, Kanadanın dəstəyi vacibdir. Ümumiyyətlə, qərar konsensusla qəbul edilir və bütün iştirakçı ölkələr tərəfindən dəstək bizim üçün mühümdür” – Maka Bocorişvili bildirib.

Maka Bocorişvilinin izahatına əsasən, görüşdə Avropa İttifaqı ilə bağlı ümumi baxışlar və ümumi maraqlar haqda danışıblar.

“Avropa İttifaqının Gürcüstan üçün necə tərəfdaş olduğunu bilirsiniz. Mühüm tərəfdaşdır, biz Avropa İttifaqı ilə assosiativ ölkəyik. Əlbəttə, Kanada və Avropa İttifaqı münasibətləri də, bu tərəfdaşlığın necə inkişaf edəcəyi diqqətimizdədir. Bu məsələlər, ümumi baxışlar və ümumi maraqlar haqqında da söhbətimiz oldu” – Maka Bocorişvili qeyd edib.

Oxşar