Maka Bocorişvili iyulun 7-8-də Türkiyədə planlaşdırılan “Müttəfiqlər Ankarada” adlı tədbirdə iştirak edəcək
İyulun 7-8-də Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Türkiyə Respublikasına səfər edəcək və “Müttəfiqlər Ankarada” adlı tədbirdə iştirak edəcək.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, tədbir Türkiyə Respublikasının Kommunikasiya İdarəsi, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondu (SETA) və Münhen Təhlükəsizlik Konfransının (MSC) təşkilatçılığı ilə keçirilir.