Maka Bocorişvili İsveçrə Konfederasiyasının Gürcüstana yeni təyin olunmuş səfiri Fabyen Vassermanla tanışlıq xarakterli görüş keçirib

19:32, 14.09.2026

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili İsveçrə Konfederasiyasının Gürcüstana yeni təyin olunmuş səfiri Fabyen Vassermanla tanışlıq xarakterli görüş keçirib.

Görüş çərçivəsində tərəflər Gürcüstan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu kontekstdə İsveçrənin ATƏT-ə sədrliyinə və təşkilatın Cenevrə Beynəlxalq Müzakirələrindəki roluna diqqət yetirilib.

Nazir Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, eləcə də münaqişənin sülh yolu ilə nizamlanması prosesinə verdiyi mühüm töhfəyə görə İsveçrə tərəfinə təşəkkür edib.

Maka Bocorişvili səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar